Məktəbli iki sinif yoldaşını zorladı - Qızlardan birinin ürəyi getdi

7 Noyabr 2021 10:00

Türkiyənin paytaxtındakı məktəblərin birində təcavüz olayı yaşanıb.

Milli.Az bildirir ki, Ankaranın Sincan qəsəbəsində yerləşən məktəbdə yeniyetmə oğlan iki qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Təcavüzə məruz qalan qızlardan birinin ürəyi gedib.

Məsələ ilə bağlı polisə müraciət edilib, "manyak" şagird saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İsmayıl
Milli.Az