Hindistanda xəstəxanada yanğın - ölən və yaralılar var

7 Noyabr 2021 09:54

Hindistanın qərbindəki Əhmədnaqar şəhərində dövlət xəstəxanasının reanimasiya şöbəsində yanğın baş verib, ən azı 10 nəfər ölüb, 7 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

Məlumata görə, yanğının səbəbləri araşdırlırı, ilkin ehtimala görə hadisə elektrik avadanlıqlarında baş verən qısa qapanma nəticəsində baş verib.

Yaralılardan ikisinin vəziyyəti kritik, digərlərinin isə stabil qiymətləndirilir.

Milli.Az