"Neftçi"nin legioneri zədələnib

6 Noyabr 2021 20:46

"Neftçi"nin futbolçusu Tiaqo Bezerra zədələnib.

Milli.Az "Report"a istinadən bildirir ki, braziliyalı hücumçu "Keşlə" ilə Premyer Liqanın X tur matçında xəsarət alıb. O, 60-cı dəqiqədə Ramon Maçado ilə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və hesab 2:2-dir.

Milli.Az