Hacıbala Abutalıbovdan ÜZÜCÜ XƏBƏR

6 Noyabr 2021 20:32

Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.

Milli.Az qaynarinfo-ya istinadən bildirir ki, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.

Məsələ ilə bağlı H.Abutalıbovla əlaqə saxlanılıb və o, Almaniyada müalicə olunmaq üçün ölkəni tərk etdiyini təsdiqləyib:

"Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacağam".

Milli.Az