Rusiyada son sutkada rekord yoluxma

6 Noyabr 2021 20:06

Rusiyada ötən sutkada koronavirusa 41 min 335 yeni yoluxma faktı qeydə alınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu pandemiya başlayandan bəri bir sutkada maksimal yoluxma göstəricisidir.

Son sutkada ölənlərin sayı isə 1188 nəfər olub.

Qeyd edək ki, indiyədək Rusiyada 8 milyon 755 min 930 nəfər koronavirusa yoluxub, onlardan 245 min 635 nəfər isə həyatını itirib.

Milli.Az