Türkiyənin Mehteran Birliyi ölkəmizdə səfərdədir

6 Noyabr 2021 18:03

Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Zəfər Günü münasibətilə Azərbaycan Ordusunda keçiriləcək silsilə tədbirlərdə ölkəmizdə səfərdə olan tarixi hərbi musiqi birliyinin ifasında musiqi nömrələri təqdim olunacaq.

Milli.Az