Rusiyada son sutkada 41 335 nəfər koronavirusa yoluxub

6 Noyabr 2021 16:22

Rusiyada son sutka ərzində daha 41 335 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, pandemiya başlayandan gündəlik yoluxma sayında maksimumdur.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların 8 755 930 nəfərə çatıb.

Son sutka ərzində 1 188 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 245 638 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

Milli.Az