Ərdoğan xəbərdarlıq etdi: ABŞ təminat verdi

6 Noyabr 2021 16:54

ABŞ-ın Dədəağacdakı hərbi varlığı Türkiyə üçün təhdid yaratmır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payett deyib.

"ABŞ-ın Yunanıstanla eyni strateji maraqları mövcuddur. Ancaq ABŞ və Yunanıstanın Şərqi Makedoniya və Trakiyadakı tərəfdaşlıq əlaqələri Türkiyə üçün təhlükə yaratmır", - səfir bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında G-20 sammitində məsələ ilə bağlı amerikalı həmkarı Co Bayden və Fransa lideri Emmanuel Makronla danışdığını deyib. Ərdoğan həmkarlarına Dədəağacda hərbi bazanın yaradılmasının Türkiyə xalqını ciddi mənada narahat etdiyi çatdırıb.

Milli.Az