Türkiyədə məşhur klubun rəhbəri Ümid Evirgen aktrisa Serenay Sarıkaya ilə sevgili olduğunu açıqlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran iş adamı aktrisa ilə münasibətləri olduğunu təsdiqləyib.
Qeyd edək ki, şəxsi həyatı ilə gündəmdən düşməyən Ümid Evirgen daha əvvəl Tuba Büyüküstün və Melisa Şenolsun ilə eşq yaşayıb.
Serenay Sarıkaya isə sentyabr ayında verdiyi açıqlamada eşq iddiasını yalanlayaraq "Yox dostlar, dediyiniz kimi bunlar iddiadır... Bezdim belə xəbərlərlə məşğul olmaqdan" demişdi.
Milli.Az