Çexiya prezidenti xəstəxanaya yerləşdirildi: QARACİYƏR SİRROZU

6 Noyabr 2021 12:18

Çexiya Prezidenti Miloş Zeman qaraciyər sirrozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın Həkimlər Şurasının üzvü, cərrah Pavel Pafkoya bildirib.

Cərrahın sözlərinə görə, Zeman artıq reanimasiyadan adi palataya köçürülüb.

Qeyd edək ki, oktyabrın 10-da naməlum səbəbdən 77 yaşlı Zeman Praqadakı Mərkəzi Hərbi Hospitalın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 

Milli.Az