İşçilərinə verdiyi maaşla təəccübləndirdi - FOTO

6 Noyabr 2021 11:06

Londonda yeni restoran açan türkiyəli aşpaz Nüsrət Gökçə məkanına işçi axtarır. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, onun çalışacaq aşpazlara ödəyəcəyi maaş isə təəccübə səbəb olub. 

Nüsrət işçilərinə 1 saat üçün 12 sterlinq (təxminən 27 manat) və bəxşiş verəcək. Maraqlı məqam isə odur ki, Gökçənin ödədiyi maaşla menyudakı kartof püresinin qiyməti eynidir.

Milli.Az