Alimlər koronavirusun ağır formasından qorunmağın yolunu tapıblar

6 Noyabr 2021 08:58

C vitamininin venadaxili yeridilməsi COVID-19-un ağır formasından qorunmağa və daha tez sağalmağa kömək edir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu qənaətə beynəlxalq alimlər qrupu gəlib.

Alimlər 12 klinik sınaq apararaq C vitamininin qanda oksigen səviyyəsini artırmağa, iltihabı yatırmağa və sağalmanı sürətləndirməyə kömək etdiyini aşkar ediblər.

Məlumata görə, bir qram C vitamini 20 portağalda var, ona görə də maddənin venadaxili yeridilməsi özünü doğruldur. Bundan əlavə, xəstələrin 70-80 faizində qan plazmasında çatışmazlıq olduğu ortaya çıxıb.

Araşdırma müəlliflərinin fikrincə, C vitamini COVID-19-un ağır gedişini azaldır ki, bu da müalicə müddətini qısaltmağa və xəstəxana çarpayılarını boşaltmağa imkan verir.

Müəlliflər, həmçinin COVID-19-un ümumiyyətlə qarşısını almaq üçün C vitamini istifadə etməməyə, əksinə D vitamini qəbul etməyə çağırıblar.

Milli.Az