Avroviziyaya ikinci dəfə getmək istəmir

5 Noyabr 2021 20:12

Müğənni Səmra Rəhimli ikinci dəfə Avroviziyada iştirak etmək istəmir.  

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi instaqramda məlumat verib.  Səmra izləyicilərin suallarını cavablandırarkən "İkinci dəfə Avroviziya",- sualına "İndi yox" şərhini verib. 

Qeyd edək ki, S. Rəhimli 2016-cı ildə Avroviziyaya qatılıb. İfaçının "Miracle" mahnısı 117 xalla 17-ci sıranı tutub. 

Milli.Az