Turistlər yenidən Parisə axışır

5 Noyabr 2021 21:14

Turistlər yenidən Parisi canlandırıblar.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, xarici turistlər yenidən Parisə gəlməyə başlayıblar. Turistlərin Parisə dönüşü Fransa paytaxtının iqtisadiyyatını da yenidən canlandırıb.

Sentyabrda Parisə təyyarə ilə 350 min turist gəlib. Turistlərin sayı 2019-cu illə müqayisədə 60 faiz azdır. 2020-ci illə müqayisədə isə 2 dəfə çoxdur. Şəhər, eləcə də suvenir mağazaları turistlərlə dolur.

Xatırladaq ki, 2019-cu ildə COVID-19 pandemiyası başlamazdan əvvəl, Paris 38 milyon turist qəbul etməklə, dünyada birinci yeri tutub.

Milli.Az