Sabah qəzet savaşı olacaq

25 Fevral 2012 17:11
Onların məqsədi "The Sun" qəzetinin fevralın 26-da ilk nömrəsi satışa çıxarılacaq "The Sun on Sunday"la rəqabətə davam gətirməkdir.

Milli.Az "The Guardian"a istinadən bildirir ki, "The Sun" tabloidinin sahibi, "News Corp"un baş icraçı direktoru Rupert Merdok bazar günü qəzetin cəmi 50 pensə satılacağını demişdi.

Media ekspertləri qiymətlərin ucuzlaşdırılmasını "qəzet savaşı" adlandırıblar.

"The Sun" Britaniyanın ən populyar, dünyada isə tirajına görə 10-cu qəzetidir.

Milli.Az