Koronavirusdan sağalan Xuraman Şuşalı - Yenə müalicə alıram

5 Noyabr 2021 19:36

Müğənni Xuraman Şuşalının səhhətində problem yaranıb.

Milli.Az xəbər verir ki, bu haqda sənətçi axşam.az-a açıqlamasında deyib. O bildirib ki, koronavirusa yoluxandan sonra bir çox problemlə üzləşib:

"Koronavirusdan sonra ciyərlərimi, immunitetimi gücləndirmək üçün Duzdağa getdim. Bütün orqanizmimi yenidən gücləndirmək üçün orada qaldım. İndi başgicəllənməm var. Getdim yoxlamadan keçdim, sağlamışam. Həkimlər dedi heç nə yoxdur. Bəs bu nədir? İndi müalicə edirəm".

Milli.Az