Soyuqlamısınız? Dərmanlarda qənaət edin!

11 Noyabr 2021 23:45

Hal hazırda insanlar daha çox qənaət etməyə çalışır. Bu məqalədə biz sizə soyuqdəymənin müalicəsi zamanı qənaət etməyin yollarını göstərmək istərdik.

- Soyuqdəymə və qripp zamanı antibiotiklərdən istifadə olunmur. Bu xəstəliklərin səbəbi viruslardır, lakin antibiotiklər viruslara heç bir təsir etmir. Baxmayaraq ki, bütün dünya həkimləri bunu daim vurğulayır,  insanların bir çox hissəsi soyuqdəymə və qripp zamanı həkimlə məsləhətləşmədən antiotikləri qəbul etməyə davam edir. Soyuqdəymə və qripp fonunda hər hansı bakterial infeksiya inkişaf etdikdə, xəstəyə antibiotiklər təyin oluna bilər. Lakin antibiotikləri yalnız həkim və yalnız xəstəni müayinə etdikdən sonra  təyin edə bilər.

Beləliklə, soyuqdəymə zamanı antibiotiklərə pul xərcləməyin.

- Zökəmi müalicə etmək üçün daha bahalı dərmanların (dlyanos, otrivin,ksimelin və s.) əvəzinə, tərkibi eyni təsirli vasitə olan qalazolin ala bilərsiniz. Ucuz və effektli.

Əgər burnuzla az da olsa nəfəs ala bilirsinizsə, durun damcılardan istifadə etməyin. Uzun müddət ərzində istifadə olunduqda (5 gündən çox) bu damcılar burnun selikli qişasını yandırır.

- Əksər hərarətsalan preparatların tərkibinə parasetamol daxildir. Bu preparatların əvəzinə adi ucuz parasetamol almaq olar.

- Boğaz ağrısı zamanı dərmanlara deyil, təbii vasitələrə (ot dəmləmələri, isti çay limonla, zəncəfil çay limonla və balla, isti süd balla və s.) üz tutun.

- Virusəleyhinə preparatlar yalnız xəstəliyin ilk 24 saat ərzində təsir edir. Daha sonra onların təsiri, demək olar ki, yox səviyyəsinə düşür. Bu səbəbdən virusəleyhinə preparatlarında da qənaət etmək olar.

- Öskürəklə mübarizə aparmaq üçün dərmanlardan deyil, təbii vasitələrdən istifadə edin - süd "borjom"la, süd balla, diyan kökü dəmləməsi, qara turp balla, isti ayaq vannaları və s.

- İmmun sistemini möhkəmləndirmək üçün bahalı vasitələrin əvəzinə exinaseya bitkisinin dəmləməsini və ya apteklərdə satılan exinaseya tinkturasını istifadə edə bilərsiniz. İmmuniteti möhkəmləndirən bir çox bahalı preparatların tərkibinə məhz exinaseya daxildir.

- Soyuqdəymə zamanı C vitaminin qəbulu sağalmanı tezləşdirir. Bahalı vitaminlərin yerinə, daha ucuz analoq ala bilərsiniz.

- Soyuqdəymə və qripp zamanı toyuq bulyonu da çox yaxşı müalicəvi təsir edir. Alimlər sübut edib ki, toyuq bulyonunun tərkibində olan bəzi maddələr boğaz ağrısı, öskürək, zökəm zamanı çox yaxşı müalicəvi təsir edir, sağalmanı tezləşdirir.

Milli.Az