“Uşaq əqrəb bürcü olmasın deyə dua edirik”

5 Noyabr 2021 10:22

Ana olmağa hazırlaşan aktrisa Özge Özpirinçci növbəti açıqlaması ilə diqqət çəkib.

Milli.Az Olay-a istinadən xəbər verir ki,  Aslıhan Turanın suallarını cavablandıran sənətçi doğulacaq qızı ilə bağlı bunları söyləyib:

"Hazırda 8 aylıq hamiləyəm. Dekabr ayında dünyaya gəlməlidir. Əqrəb bürcü olmasın deyə dua edirik. İnşallah oxatan bürcü olacaq".

Qeyd edək ki, Özge həmkarı Burak Yamantürkle evlidir.

Milli.Az