Fanatları Conini Bakıda belə qarşıladı - VİDEO

5 Noyabr 2021 16:52

Rusiya və MDB ölkələrində populyar olan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Bakıya gəlib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, sənətçi instaqramda hava limanından pərəstişkarları ilə videosunu paylaşıb. Videoda ifaçının fanatları ilə səmimi görüntüləri yer alıb.

Müğənninin sevənləri onu bayraqlar və güllərlə qarşılayıb.

Xatırladaq ki, Coni yaxın zamanda Bakıda bir müəssisənin açılışında çıxış etmişdi. 

Milli.Az