Rəqqasə haqqında yazılan xəbərləri internetdən sildirir

5 Noyabr 2021 09:34

Dörd ildir evlənib Almaniyaya köçən rəqqasə Asena məhkəməyə müraciət edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, rəqqasə keçmişdə onunla bağlı yazılan xəbərlərin internetdən silinməsini tələb edib:

"Süni mayalanma ilə hamilə qalmağa çalışıram. Keçmişdəki xəbərlər məni yorur, sildirmək istəyirəm".

Hakim isə xəbərlərin müddətinin 10 ili keçdiyi üçün unudulmaq haqqı olduğunu bildirərək, Asenanın istəyini qəbul edib.

Milli.Az