Kaliforniya ştatının Sakramento dairəsindəki həbsxanaların müdiriyyəti məhbusların COVID-19-a qarşı vaksinasiya edilməsi müqabilində onlara pul ödənməsini təklif edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qərar Sakramento dairəsinin iki həbsxanasında xəstəlik yayılandan sonra qəbul edilib. Dairə üzrə vaksinasiya göstəricisi 70 faiz olduğu halda, məhbuslar arasında bu göstərici cəmi 30 faizə bərabərdir. Vaksinasiya müqabilində məhbuslara pul ödənilməsi praktikası iyul ayından tətbiq edilir, lakin məhbusların heç də hamısı pula görə vaksinasiya olunmağa razılıq vermir.
Deyilənə görə, məhbusların vaksinasiya olunması müqabilində onlara 20 dollar təklif edilir.
Milli.Az