İtlərlə pis davranan şəxslər saxlanılıb

5 Noyabr 2021 10:34

Yaponiyanın Naqano prefekturasında itlərlə pis rəftar edən iki kişi saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar itlər üçün ayrılmış xüsusi sığınacaqda 450 itlə pis rəftar etməkdə şübhəli bilinirlər.

Sığınacaqda aparılan araşdırma nəticəsində məlum olub ki, heyvanlar nəzərdə tutulandan dəfələrlə dar qəfəslərdə saxlanılıb.

Həmçinin heyvanlarda əsasən katarakta, korluq və ya digər göz xəstəliklərinin əlamətləri aşkar edilib.

Milli.Az