Nigerdə ​​silahlı hücum oldu, 60-a yaxın ölən var

4 Noyabr 2021 22:53

Nigerin cənub-qərbində yerləşən Banibanqa kommunasına silahlı şəxslərin hücumu nəticəsində 60-a yaxın adam həlak olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hücum Tillaberi bölgəsində, Nigerin Mali və Burkina-Faso ilə sərhədində yerləşən "üç sərhəd zonası" adlanan rayonda olub. 9 nəfər itkin düşüb, 15 nəfər isə qaçmağı bacarıb.

Bölgədə İŞİD və Əl-Qaidə terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar fəaliyyət göstərir.

Qeyd edək ki, Niger terror fəaliyyətləri və qeyri-qanuni miqrasiya səbəbindən Afrika qitəsinin ən problemli bölgələrindən biridir.

Milli.Az