Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

4 Noyabr 2021 22:11

Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu ada "Bavariya"nın hücumçusu Robert Levandovski layiq görülüb.

O, Pedro Qonçalves ("Sportinq"), Kriştiano Ronaldo ("Mançester Yunayted") və Paulo Dibalanı ("Yuventus") qabaqlayıb.

Qeyd edək ki, qrup mərhələsinin 4-cü turunda "Bavariya"nın "Benfika"nı 5:2 hesabı ilə məğlub etdiyi görüşdə Levandovski het-trikə imza atıb.

Milli.Az