"Qarabağ"ın legioneri "Kayrat"la oyunda zədələnib

4 Noyabr 2021 21:59

"Qarabağ"ın futbolçusu Kadi Borges zədələnib.

Milli.Az "Report"a istinadən bildirir ki, braziliyalı yarımmüdafiəçi Qazaxıstanda "Kayrat"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının qrup oyununun ilk hissəsində sifətində xəsarət alıb.

Bu səbəbdən 25 yaşlı oyunçu 61-ci dəqiqədə Ramil Şeydayevlə əvəzlənib.

Qeyd edək ki, görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az