Alim Qasımov bu məşhurla quda oldu - FOTO

4 Noyabr 2021 16:12

Xalq artistləri Alim Qasımov və "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov qohum olub.

Milli.Az aşam.az-a istinadən xəbər verir ki, nağara ifaçısının oğlu Ümid xanəndənin nəvəsi Fatimə ilə ailə qurmağa hazırlaşır.

Bu haqda açıqlamasında A.Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova deyib. O bildirib ki, toy yaxın günlərdə planlaşdırılır.

Qeyd edək ki, Ümid atası kimi nağara ifaçısıdır. Cütlüyün bir neçə gün əvvəl "hə" mərasimi olub. 

Milli.Az