Aparıcı Şəhriyar Əbilov müğənni Zamiq Hüseynova həsəd apardığını etiraf edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Tam vaxtıdır" proqramında deyib. Aparıcı bildirib ki, hər dəfə ifaçının övladı ilə şəklini görəndə onun kimi etməyi arzulayıb:
"Adam yorulur, istəyirsən övladınla şəkil paylaşasan. Baxırsan, Zamiq Hüseynov oğlu ilə şəkil bölüşür. Düşünürəm ki, mən kimdən əskiyəm. Mənim oğlum var axı, niyə etməyim?".
Qeyd edək ki, Şəhriyar 4 ildir rəqqasə Oksana Rəsulova ilə ailəli olduğunu bildirib. O, sənətçinin oğlu Osmanın atası olduğunu etiraf edib.
Milli.Az