Fransa Minsk Qrupunda həmsədrini dəyişdi

4 Noyabr 2021 12:41

Fransa ATƏT-in Minsk Qrupundakı həmsədrini dəyişib.

Milli.Az bildirir ki, bu postda Stefan Viskontini Bris Rokfeyl əvəzləyib.

S.Viskonti 2016-cı ilin oktyabrından bəri Minsk Qrupunda Fransanı təmsil edən həmsədr idi.

B.Rokfeyl əvvəllər Fransanın Özbəkistan və Panamadakı səfiri, Braziliyadakı konsulu olub. 2000-ci ilin ortalarına qədərsə o, Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi müşavir kimi çalışıb.

Milli.Az