Natalya Bulanova FIG-in Texniki Komitəsinə üzv seçildi

6 Noyabr 2021 19:06

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasında (FIG) da fəaliyyət göstərəcək.

Bu barədə AGF məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Antalya şəhərində keçirilən FIG-in 83-cü Konqresdə Bulanova beynəlxalq qurumun bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib. O, birinci mərhələdə 46, ikinci mərhələdə isə 49 səs yığıb. 

Milli.Az