Düşmənin şərlədiyi Ramilə həbsxanaya göndərildi - VİDEO - FOTO

4 Noyabr 2021 12:31

Başqırdıstanda Ramilə Seyitovanın məhkəmə prosesi başa çatıb. Ufa şəhərinin Kirov rayon məhkəməsinin qərarı ilə o, ekstremist fəaliyyətdə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edib.

Ona sosial şəbəkələrə 2 il ərzində daxil olmaq da qadağan edilib.

Milli.Az bildrir ki, Ramilə Seyitova Başqırdıstanda erməni mənşəli şəxslərin çox olmasına və 2020-ci ilin yayında Burzyan rayonunda meşə yanğınları zamanı respublikada yaşayan bütün millətlərdən könüllülərin olmasına baxmayaraq, ermənilərin yoxluğunu qeyd etmişdi.

Erməni diaspor təşkillatları bunu "millətçilik və ektremizm" kimi dəyərləndirərək Ufa şəhər məhkəməsinə şikayət etmişdilər.

Ramilə Seyitova başqırd mədəniyyətinin tərənnümü və türk xalqlarının birliyinə çağırış edən videoçarxları ilə tanınır.

O, sosial şəbəkələrdə paylaşdığı videomüraciətlərində Başqırdıstanda məskunlaşan ermənilərin respublikadan çıxarılmasını tələb etmişdi. R.Sayitova erməniləri "işğalçı", başqırdları isə "respublikanın əsl sahibləri" adlandırırdı.

Milli.Az