Qubanın icra başçısı koronavirusa yoluxub

4 Noyabr 2021 12:15

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyyədin Əliyev yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Quba Rayon İcra Hakimiyyətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, icra başçısı bir neçə gündür yoluxub, vəziyyəti yaxşıdır.

Milli.Az