"Həyat yoldaşı kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmirdi" deyib arvadını boğub öldürdü - VİDEO

5 Noyabr 2021 02:33

Antalyada həyat yoldaşını boğaraq öldürən Məsut Öztürk adlı şəxs məhkəmə qarşısına çıxarılıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs ifadəsində xanımı Aslıhanın üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini iddia edib. Şahidlər bildirib ki, Mesut Öztürk hadisə baş verən gecə maşınına xalçaya bükülmüş bir şey aparırmış. Öztürk ifadəsində hadisəni etiraf edib. Bildirib ki, arvadı ilə yaşanan mübahisədə onu boğaraq öldürdüyünü, daha sonra xalçaya sarıyaraq tarlaya aparıb inşaat maşını ilə basdırdığını söyləyib.

Anar Əli
Milli.Az