Azərbaycanlı müğənninin yeni aldığı dəbdəbəli evi - FOTOlar

4 Noyabr 2021 16:00

Müğənni Elvin Abdullayev yeni mənzil alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi dəbdəbəli mənzilinin təmirini yeni bitirib. Elvin hazırda ailəsi ilə birlikdə həmin evə köçüb.

Qeyd edək ki, E.Abdullayev bundan əvvəl bağ evi tikdirməsi ilə gündəmə gəlmişdi. İfaçı aparıcı Afət Abdullayeva ilə ailəlidir. Cütlüyün iki oğlu var.

Milli.Az