İsmayıllıda polis əməkdaşı zəhərlənib, vəziyyəti ağırdır

4 Noyabr 2021 13:06

İsmayıllı rayonunda polis əməkdaşı zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Mühafizə Polisinin əməkdaşı Elvin Abbaslı İsmayıllı Tarix-Diyarşünaslıq muzeyində xidmətdə olarkən yaxınları tərəfindən ağır vəziyyətdə aşkar edilib.

Onun sirkə turşundan zəhərləndiyi ehtimal olunur. Polis əməkdaşı ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az