ABŞ vətəndaşları polis qurumunun ləğv edilməsinə qarşı çıxdı

4 Noyabr 2021 12:36

Ötən il afroamerikalı Corc Floydun qətlindən sonra  Minneapolis şəhərinin sakinləri polis orqanlarının maliyyələşdirməsini dayandırmaq tələbi ilə kütləvi etiraz aksiyaları keçirmişdi.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəhər sakinlərinin bir qismi isə polis qurumunun tamamilə ləğv edərək əvəzində ictimai təhlükəsizlik departamentinin təsis edilməsini tələb etmişdi.

Ötən gün sözügedən məsələ ilə əlaqədar Minnepolisdə referendum keçirilib.

Lakin səsverməyə gələn insanlar Minneapolisdə asayiş keşikçilərinin fəaliyyətini ləğv etmək variantını dəstəkləməyib.

Şəhər seçki komissiyasının ilkin məlumatlarına görə, seçicilərin 58,41 faizi təklifin əleyhinə, 41,59 faizi isə lehinə səs verib.

Xatırladaq ki, ABŞ-da afroamerikalı Corc Floydu polis əməkdaşı dizi ilə boğaraq xəstəxanalıq etmişdi.

O, son dəfə "Nəfəs ala bilmirəm" sözlərini deyib və reanimasiyada dünyasını dəyişib.

Floydun ölümü ABŞ-da kütləvi etirazlara səbəb olub. 

Milli.Az