ABŞ-da atışma zamanı 3 qadın öldürülüb, xəsarət alanlar var

4 Noyabr 2021 08:04

ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində baş verən atışmada 3 qadın həlak olub, daha 2 qadın isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə yerli polis bildirib.

"Üç qadın hadisə yerində həlak olub, daha ikisi yaralı olaraq xəstəxanaya aparılıb", - Norfolk polisinin tvitterdəki məlumatında qeyd olunur.

Yerli polis hadisəni məişət münaqişəsi kimi qiymətləndirib.

Milli.Az