Makron Merkelə şərəf nişanı verdi

4 Noyabr 2021 08:38

Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makron siyasətlə vidalaşmağa hazırlaşan Almaniya kansleri Angela Merkelin şərəfinə ziyafət verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ziyafət Vougeot sarayında baş tutub.

Burada Makron Almaniya Kansleri kimi Fransaya son rəsmi səfərini edən Merkelə şərəf nişanı olan "Legion d'Honneur" fəxri medalını təqdim edib.

Milli.Az