Google Pentaqon ilə əməkdaşlığı bərpa edir

4 Noyabr 2021 07:55

Google Pentaqonla hərbi proqramı üzrə birgə fəaliyyəti bərpa etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, şirkət ABŞ Müdafiə Nazirliyini öz texnologiyaları ilə təmin edəcək

Pentaqon layihəsinə işçilərin qarşı çıxmasından 2018-ci ildə Google bu layihəni dayandırdı. İndi korporasiya ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlığı bərpa etməyi planlaşdırır və qurum üçün yeni təklif hazırlayır.

Google, xüsusilə, "Joint Warfighter Cloud Capability" hərbi layihəsində iştirak edə bilər. Google və Pentaqon arasında qarşılıqlı əlaqə texnologiyaları modernləşdirməyə və hərbi sahədə süni intellektdən istifadənin inkişafına yönəldiləcək. Mümkün müqavilə Pentaqonun Microsoft və Amazon-la məhkəmə iddialarıyla bağlı imtina etdiyi JEDI bulud saxlama infrastrukturu layihəsini əvəz edəcək.

Milli.Az