7 saata 1,4 milyon izləyici yığdı

4 Noyabr 2021 02:17

Dünyaca məşhur reper Cey Zi İnstaqrama qatılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi ilk 7 saatda 1,4 milyon izləyici yığıb. İfaçın ilk paylaşımına yarım milyona yaxın bəyənmə, 23 minə yaxın rəy yazılıb.

Onun səhifəsinin təsdiqlənməsi də diqqətdən yayınmayıb. Reper təkcə həyat yoldaşı Beyonsu izləməyə alıb.

Milli.Az