Ucarda məktəb direktoru koronavirusdan ölüb

3 Noyabr 2021 14:22

Ucar rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ucar rayonu Ənvər Məmmədxanlı kənd orta məktəbinin direktoru, 1960-cı il təvəllüdlü Maya Sədyar qızı Qədirova müalicə aldığı paytaxt xəstəxanalarından birində ötən gün vəfat edib. Mərhum bu gün kənd qəbiristanlığında dəfn ediləcək.

Milli.Az