Hava dəyişəcək: rayonlarda qar, leysan gözlənilir

3 Noyabr 2021 10:16

Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi gözlənilir.

Noyabrın 03-ü gündüzdən 05-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Milli.Az