Özü öz yalanının üstünü açdı - VİDEO

3 Noyabr 2021 14:22

Aparıcı Zaur Kamal öz açıqlamasını təkzib edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, "Həmin Zaur" proqramında Sevda Yahyayevanın toyuna yazdırdığı pulun miqdarı barədə yalan danışdığını etiraf edib.

Zaur efir xatirinə 300 manat pul salacağını deyib:

"Sevda Yahyayevanın toyu 100 manatlıq deyildi, mən məəttəl qaldım. Dedim, cibimdə olanı yazılsam, uyğun gəlməyəcək. Reklam edirdilər, yalandan dedim, 300 yazılmışam. Amma 200 manat saldım".

Milli.Az