“Facebook” bir milyarddan çox insanın məlumatlarını siləcək

3 Noyabr 2021 10:40

"Facebook" üztanıma sistemindən imtina edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Meta" (keçmiş "Facebook") şirkəti rəhbərinin süni intellekt məsələləri üzrə müavini Jerom Pesenti məlumat verib.

O, artıq üztanıma funksiyasından istifadə edənlərin foto və videolarda avtomatik olaraq tanınmayacağını bildirib.

Pesentinin sözlərinə görə, bir milyarddan çox insanın müvafiq məlumatları silinəcək. Lakin buna baxmayaraq, üztanıma texnologiyasının təkmiləşdirilməsi üzərində aparılan işlər davam etdiriləcək.

Milli.Az