"Mədəmlə bağlı problem yaşayıram"

2 Noyabr 2021 20:36

Türkiyəli müğənni Dəniz Seki estetik əməliyyat etdirməsi barədə yayılan iddialara cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl çəki atan ifaçının üzündə şişkinlik yaranıb. Dənizin görünüşü yenidən estetik etdirməsi ilə bağlı şayiələrin yaranmasına səbəb olub.

O, haqqında yayılan iddiaları təkzib edib:

"Üzümə nəsə vurdurduğum yalandır. Heç nə etməmişəm. Hətta botoks etməli idim, amma onu belə etdirmədim. Mədəmlə bağlı kiçik problem yaşayıram. Hazırda bunun müalicəsi ilə məşğulam".

Milli.Az