1 il 8 aydır "susuz" qalan Xalq Artisti - VİDEO

3 Noyabr 2021 04:33

Otuz iki ildir Azərbaycan səhnəsindəyəm, Dövlət teatrında (Akademik Milli Dram Teatrı - red) işləyirəm. İlk dəfədir 1 il 8 ay səhnəyə çıxmadım".

Milli.Az xəbər verir ki, bu sözləri olay-a açıqlamasında Xalq artisti Məleykə Əsədova deyib. Aktrisa pandemiya ilə əlaqəli teatrların bağlı olduğu dövrdən danışıb:

"Necə ki, balıq susuz qalır, biz də elə susuz qalmışdıq. Bu müddətdə də çox şeirlər yazdım, poemalar hazırladım. İndi teatrlar açılıb, məşqlər edirik. Hər kəsi  tamaşalara dəvət edirəm. Səhnəmizdə  istedadlı aktyorlar, sənət fədailəri var".

Milli.Az