Zamiqdən iddialı sözlər

3 Noyabr 2021 04:17

"Xoşbəxt insanam ki, öz peşəm, həyat tərzimlə məni izləyən, dinləyən, sevən insanları düzgün istiqamətləndirirəm".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov sosial media hesabında yazıb.

O bildirib ki, hər şey izləyicilərinə olan sevgisindən irəli gəlir:

"Hər zaman çalışmışam ki, məni izləyən insanların fikrində sağlam həyat tərzi, sağlam musiqi, sağlam gələcək və sevgi formalaşsın. Arzu edirəm ki, hər kəs öz peşəsində bunu etməyi bacarsın".

Milli.Az