Aysel Teymurzadə həyat yoldaşı ilə - FOTOlar

2 Noyabr 2021 18:00

"Eurovision" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Aysel Teymurzadə) yeni fotosu yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şəkilləri Xalq artisti Elçin Əzizovun xanımı Həmidə Məlikova paylaşıb.

Aysel və həyat yoldaşı, Xalq artisti Murad Adıgözəlzadə Moskvada Elçin və Həmidə cütlüyünün qonağı olub.

Qeyd edək ki, Aysel ailə qurduqdan sonra sənətdən uzaqlaşıb. Onun 3 övladı var.

Milli.Az