Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri artırılıb

2 Noyabr 2021 14:06

Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri artırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi"nə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət müəssisələrinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri sırasına daxil edilib.

Milli.Az