Tanınmış futbol klubu dağılır - Səbəb isə işıq puludur

2 Noyabr 2021 16:12

Çinin ən önəmli klublarından biri olan "Hibey" futbol klubunun aşağı yaş qrupu üzrə komandalarının hamısına məcburi məzuniyyət verilib.

Milli.Az xəbər verir ki, buna səbəb klubun işıq pulunu ödəyə bilməməsidir. Ciddi maliyyə çətinliyi yaşayan klubun yaxın zamanda fəaliyyətini dayandıracağı bildirilir.

Milli.Az