Nigeriyada bina uçqununda ölənlərin sayı artıb

2 Noyabr 2021 22:13

Nigeriyanın Laqos şəhərində 21 mətəbəli binanın uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Ölkənin Fövqəladə Hallar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 8 nəfər dağıntılar altından sağ çıxarılıb.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Ölənlərin sayının artacağı istisna olunmur.

Milli.Az